Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.
Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.
***
Formula 1 üzrə Azərbaycan Qran-Prisi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, “Mersedes”in pilotu Corc Rassell birinci olub.
“Red Bull”un üzvü Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hadjar isə üçüncü olub.
***
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
Bakıvaxtı.az xəbər verir ki, 30 dövrədən sonra "Mersedes" pilotu Corc Rassell hələ liderdir.
***
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
Bakıvaxtı.az xəbər verir ki, 10 dövrədən sonra "Mersedes" pilotu Corc Rassell liderdir.
"Maklaren"dən Oskar Piastri ikinci pillədə qərarlaşıb.
"Red Bull"dan Maks Ferstappen üçüncü sıradadır.
Qeyd edək ki, 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
***
Formula 1 üzrə Azərbaycan Qran-Prisində əsas yarış başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, yarışa saat 15:00-da start verilib.
















