• Bakı 14° C

    2.8 m/s

Həsrət Cəfərov mübarizəyə başlayır

İDMAN

26 Oktyabr 2026 | 09:10 | Müəllif: Əli Hüseynov

Həsrət Cəfərov mübarizəyə başlayır

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.

N.Məmmədli ilk görüşünü ABŞ təmsilçisi Xavyer Consona (ABŞ) qarşı keçirəcək. İ.Abbasov türkiyəli Ali Cengizlə qarşılaşacaq. H.Cəfərov isə ilk görüşdən azaddır.

Bundan əlavə, Murad Əhmədiyev (97 kq) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi Markus Raqqinqer (Avstriya) olacaq.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026