• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib

DÜNYA

26 Oktyabr 2026 | 18:38 | Müəllif: Subhan Mahmudov

Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib

İranda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmilərinin regional təhlükəsizlik və sabitliklə bağlı dördtərəfli görüşü keçirilib.

Bakıvaxtı.az IRNA-ya istinadən xəbər verir ki, İran nümayəndə heyətinə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai rəhbərlik edib.

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da görüşə qatılıblar.

İclas Pakistanın təklifi, İranın yardımı və əməkdaşlığı ilə çağırılıb.

Regional təhlükəsizlik, ABŞ-İsrail hərbi təcavüzünün nəticələri, hücumların davam etməsi, Fələstin və Livan xalqlarına yardım iclasda müzakirə olunan mövzular sırasındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR