• Bakı 14° C

    1.25 m/s

Ermənistanda məhbus məhkəmə binasından qaçıb

DÜNYA

26 Oktyabr 2026 | 17:09 | Müəllif: Əli Hüseynov

Ermənistanda məhbus məhkəmə binasından qaçıb

Ermənistanda məhbus Armavir ümumi yurisdiksiya məhkəməsinin binasından qaçıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, o, cəzasını "Armavir" cəzaçəkmə müəssisəsində çəkirdi.

Bildirilib ki, həmin şəxs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məişət zorakılığı işi üzrə məhkəməyə gətirilib. Hakim həbs barədə qərarı oxuduqdan sonra o, qaçmağa müvəffəq olub.

Hazırda Armavirdə polis gücləndirilmiş rejimdə işləyir.

Daxili işlər nazirinin mətbuat katibi Narek Sarqsyan məhbusun qaçması barədə məlumatı təsdiqləyib.

Medianın məlumatına görə, daha əvvəl oxşar hadisə Şirak vilayətində də baş verib. Həmin vaxt təqsirləndirilən şəxs məhkəmə binasının pəncərəsini sındıraraq qaçıb gizlənmiş, lakin sonradan saxlanılmışdı. Bundan sonra ona qarşı yeni ittihamlar irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026