• Bakı 14° C

    1.25 m/s

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

SİYASƏT

27 Oktyabr 2026 | 21:27 | Müəllif: Əli Hüseynov

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə hökm oxunub. "Boz kardinal"a 14 il azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla cəzası şərti hesab edilib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsi də yer alıb.

Ramiz Ənvər oğlu Mehdiyevin bütün dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi ilə bağlı xüsusi qərar qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026