41 yaşlı hücumçu Kriştiano Ronaldo Portuqaliya millisinin noyabr oyunları üçün ilkin heyətinə daxil edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.
Portuqaliya millisi noyabrın 14-də Danimarka, 17-də isə Uelslə qarşılaşacaq. Yekun heyətin noyabrın 6-da açıqlanacağı bildirilib.
Qeyd edək ki, daha əvvəl Ronaldonun milliyə qayıtmaq niyyətində olmadığı barədə məlumat yayılmışdı. Buna səbəb futbolçunun sentyabr oyunlarında meydana buraxılmamasını özünə qarşı pis münasibət kimi qiymətləndirməsi olub.
Murad İsmayıl
















