• Bakı 15° C

    1.79 m/s

DYP elektroskuter istifadəçilərinə müraciət edib

CƏMİYYƏT

28 Oktyabr 2026 | 12:11 | Müəllif: Əli Hüseynov

DYP elektroskuter istifadəçilərinə müraciət edib

"Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin elektroskuter istifadəçilərinə müraciətində deyilir.

    "Xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur. Baş Dövlət Yol Polisi İdarəsi elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır.

    Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR