Türkiyənin "Trabzonspor" klubunun rəhbərliyi baş məşqçi Fatih Tekkenin istefasını qəbul etməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssis Macarıstanda "Ferentsvaroş"a 4 cavabsız qolla uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra vəzifəsindən ayrıldığını açıqlamışdı.
Klubun İdarə Heyəti isə onun bu qərarını qəbul etməyib. F.Tekkenin Superliqanın növbəti turunda, "Amedspor"la matçda işinin başında olacağı açıqlanıb.
Xatırladaq ki, "Trabzonspor" UEFA Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq.




