• Bakı 24° C

    14.93 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

"Fənərbağça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu

İDMAN

27 Avqust 2026 | 21:48

"Fənərbağça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkatması keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 36 komandanın iştirak etdiyi mərhələdə bütün rəqiblər müəyyənləşib.

Türkiyənin iki təmsilçisi – “Qalatasaray” və “Fənərbağça”nın da rəqibləri müəyyənləşib. “Qalatasaray” “Barselona”, PSJ, “Aston Villa”, “Sportinq”, “Feyenoord”, “Lill”, “Ştutqart” və AEK ilə üz-üzə gələcək.

“Fənərbağça” isə “Atletiko Madrid”, “Liverpul”, “Aston Villa”, “Roma”, “Şaxtyor”, “Vilyarreal”, “Slaviya Praqa” və LASK ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan çempionu “Sabah”ın da rəqibləri bəlli olub. Bakı təmsilçisi “Arsenal”, “Barselona”, Dortmund “Borussiya”sı, “Mançester Yunayted”, “Napoli”, “Vilyarreal”, “Vikinq” və “Slaviya Praqa” ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR