Bakı şəhərinin Suraxanı rayonunda ölümlə nəticələnən hadisə baş verib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat bir radələrində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev Bülbülə qəsəbəsində yaşadığı evdə yemək yeyən zaman boğazında ət tikəsi qalıb. O, boğulduğuna görə nəfəs almaq üçün boğazını bıçaqla deşib. Nəticədə kişi qanaxmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.




