Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qrenlandiyaya səfəri zamanı Aİ-Qrenlandiya birgə bəyannaməsini imzalayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.
Pinyonun sözlərinə görə, fon der Lyayen sentyabrın 6-7-nə planlaşdırılan səfəri zamanı Qrenlandiya, Danimarka və Farer adalarının baş nazirləri Yens-Frederik Nilsen, Mette Frederiksen və Aksel Yohannesenlə görüşəcək.
"Bu səfər Avropanın Qrenlandiyaya, onun təhlükəsizliyinə və Avropa İttifaqının (Aİ) əsas prioriteti olan əməkdaşlığa sadiqliyini göstərir", - o bildirib.
Avropa Komissiyasının rəhbərini Avropanın beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela və Aİ-nin Arktika ilə əlaqələr üzrə xüsusi müşaviri müşayiət edəcək.
Səfər Arktikanın təhlükəsizliyinə və Qrenlandiyanın suverenliyi məsələsinə artan diqqət fonunda baş tutur.




