• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiyada ayı hücumları səngimir

DÜNYA

26 Sentyabr 2026 | 13:09 | Müəllif: Günəş Mərd

Rusiyada ayı hücumları səngimir

Rusiyanın Buryatiya Respublikasında meşədə ayı iki yerli sakinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, “SHOT” Telegram kanalının məlumatına görə, kişilər meşə kənarında itkin düşmüş buzovları axtararkən iri yırtıcının hücumuna məruz qalıblar.

Məlumata görə, ayı əvvəlcə kişilərdən birinə hücum edib. Bu zaman ikinci şəxs silahla atəş açaraq heyvanın diqqətini öz üzərinə çəkib.

Daha sonra yerə yıxılan ilk zərərçəkən tüfəngini götürərək yırtıcıya zərbə endirməyə nail olub. Bundan sonra kişilər özləri kömək çağırıblar.

Hadisə nəticəsində hər iki şəxs kəsik xəsarətləri alıb. Onlar Ulan-Udedəki xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, 2026-cı ilin avqust və sentyabr aylarında Rusiyada ayıların insanlara və yaşayış məntəqələrinin yaxınlığına hücumlarının artdığı bildirilir. İrkutsk və Tomsk vilayətləri, Kamçatka, Altay Respublikası və digər bölgələrdə ayı hücumları ilə bağlı hadisələr qeydə alınıb.

Məlumata görə, Rusiyanın bir sıra bölgələrində ayıların yaratdığı təhlükə ilə əlaqədar yüksək hazırlıq vəziyyəti elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR