• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“İnsanları dəyənəklə əhliləşdirmək lazımdır” - Ukraynada səfərbərlik qalmaqalı

DÜNYA

26 Sentyabr 2026 | 01:10 | Müəllif: Subhan Mahmudov

“İnsanları dəyənəklə əhliləşdirmək lazımdır” - Ukraynada səfərbərlik qalmaqalı

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Ərazi Təşkilat Mərkəzlərinin (hərbi komissarlıqlar) əməkdaşlarının özbaşınalığına müqavimət göstərən vətəndaşları kəskin tənqid edərək onların “özlərini heyvan kimi apardıqlarını” bildirib.

Bakıvaxtı.az “Ukraina.ru”ya istinadən xəbər verir ki, spiker Vətəni müdafiə etməyin şərəfli bir borc olduğunu vurğulayıb.

Stefançuk səfərbərlik prosesindəki problemlərdən danışarkən qalmaqallı ifadələr işlədib:

“Əgər insanlar özləri hərbi xidmətə getsəydilər, hərbi komissarlıqlar heç ehtiyac da qalmazdı. Amma hamı öz yuvasında gizlənir, biz də onları məcburi toplamaq məcburiyyətində qalırıq. Xidməti cəlbedici etmək lazımdır, nəinki indiki kimi... Burada pul da kömək etmir. İnsanları əhliləşdirmək lazımdır – haradasa dəyənəklə, haradasa şirniyyatla, amma ən yaxşısı dəyənəklə...”

Mövzu ilə bağlı Ali Radanın deputatı Ruslan Horbenko avqustun 24-də bildirib ki, yayınanların tapılması və “bron”u olanların yoxlanılması sayəsində ölkə hər ay əlavə 5 min nəfəri səfərbər edə bilər.

Maraqlıdır ki, bundan bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyindən səfərbərlik prosesinin “daha insani formaya” salınması üçün həll yolları təklif etməsini tələb etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026