• Bakı 19° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Vuçiçin anasına hücum edən şəxs tutuldu - YENİLƏNİB

DÜNYA

25 Oktyabr 2026 | 23:45 | Müəllif: Zeynəb Rzayeva

Vuçiçin anasına hücum edən şəxs tutuldu - YENİLƏNİB

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiçin anasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun 28 yaşlı M.N. adlı şəxs olduğu bildirilib.

O, Belqradda Birinci Əsas İctimai Prokurorluğun göstərişi ilə dindiriləcək.

Prokurorluqdan bildirilib ki, şübhəli şəxs quldurluq cinayətini törətməkdə ittiham olunur.

***

17:50

Serbiya Tərəqqi Partiyası (STP) ölkənin keçmiş prezidenti Aleksandar Vuçiçin anasının Belqradda hücuma məruz qaldığını bildirib.

Bakıvaxtı.az bu barədə "Informer" nəşrinə istinadən xəbər verir.

"Vuçiçin 90 yaşlı anası blokadanı təşkil edənlərin hücumuna məruz qalıb. Onu təhqir edib, özü ilə apardığı ərzaq çantasını əlindən alıblar", - deyə nəşrin məlumatında bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Baş verənlərin bütün təfərrüatının müəyyənləşdirilməsi ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, oktyabrın 25-də Serbiyada növbədənkənar parlament seçkisi keçirilir. Aleksandr Vuçiç artıq Belqraddakı seçki məntəqəsində səs verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026