Soçi beynəlxalq hava limanında uçuş cədvəlində kütləvi ləngimələr yaşanır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, ümumilikdə 95 reysin (47-si uçuş, 48-i eniş) gediş-gəliş vaxtı dəyişdirilib.
Məlumata görə, 25 reys üzrə uçuş və enişlər 10 saatdan çox gecikir. Məhdudiyyətlərə səbəb təhlükəsizlik tədbirləri ilə bağlı "Rosaviasiya" tərəfindən hava məkanının müvəqqəti bağlanması olub. Analoji məhdudiyyətlər Krasnodar və Gelencik hava limanlarına da tətbiq edilib.
Zeynəb Rzayeva




