• Bakı 25° C

    15.05 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Sabah bəzi ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

27 Avqust 2026 | 18:22

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Ağstafanın 9 kəndində, həmçinin Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Ağstafa rayonunun Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırlı, Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, payız-qış mövsümünə hazırlıq işləri və aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatında fasilə olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026