Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında 26 sentyabr 2026-cı il tarixində saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb. Püskürmə güclü alovlanma ilə müşayiət olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib.
Onun sözlərinə görə, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.
***
08:29
Qaradağ rayonu ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.
Məlumata görə,, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

















