Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində tətbiq olunan yeni təmayül tədris modelinin ilk nəticələri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, yeni model üzrə ilk məzunların ali məktəblərə qəbul nəticələrinə əsasən, məktəbin 124 məzunu ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.
Məktəbin nəticələrində diqqət çəkən məqamlardan biri isə 6 sinif üzrə 100 faizlik qəbul göstəricisinin qeydə alınmasıdır. Belə ki, həmin siniflərdə təhsil alan bütün məzunlar ali təhsil müəssisələrinə qəbul olunublar.
Qeyd edək ki, yeni təmayül tədris modelinin əsas məqsədi şagirdlərin maraq və meyillərinə uyğun istiqamətlər üzrə daha məqsədyönlü təhsil almasına şərait yaratmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək və ali təhsilə hazırlığını gücləndirməkdir.
Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbin ilk məzunlarının nəticələri modelin ilkin tətbiq göstəricilərindən biri kimi qiymətləndirilir.
Qarşıdakı dövrdə modelin tətbiq olunduğu digər məktəblərdə də nəticələrin izlənilməsi və əldə olunan göstəricilər əsasında tədris prosesinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Ətraflı məlumat üçün:Facebook paylaşımı










