• Bakı 25° C

    12.57 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

SİYASƏT

27 Avqust 2026 | 15:54

Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, qəbulda Yardımlı, Masallı və Cəlilabad sakinləri iştirak edə bilərlər.

Qeyd olunub ki, adları çəkilən şəhər və rayonların sakinləri 8 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Bildirilib ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR