Polşadakı Ermənistan səfirliyində hərbi attaşe vəzifəsi təsis ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasında təsdiqlənib.
Hökumətin izahat qeydində bildirilib ki, qərar Ermənistan-Polşa münasibətlərinin gücləndirilməsi, o cümlədən hərbi-texniki əməkdaşlığın genişləndirilməsi zərurəti ilə əlaqədardır.
Hərbi attaşenin bu ilin sonuna qədər təyin ediləcəyi və gələn il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Günəş Mərd




