• Bakı 26° C

    15.21 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Azərbaycanda daha 44 nəqliyyat vasitəsi özəlləşdirilib

CƏMİYYƏT

27 Avqust 2026 | 10:45

Azərbaycanda daha 44 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətimnin keçirdiyi növbəti hərracda 44 nəqliyyat vasitəsi satılıb.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, yük avtomobillərinin və texnikaların satışı zamanı rəqabət müşahidə edilib.

Belə ki, hərracda start qiyməti 7 350 manat olan lot 30 200 manata, ilkin qiyməti 3 100 manat olan "KAMAZ" markalı yük avtomobili 21 031 manata, ilkin qiyməti 2 000 manat olan "Amkodor" markalı ekskavator-yükləyici isə 15 100 manata satılıb.

Növbəti hərraclar 1, 8, 15, 22 və 29 sentyabrda olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026