• Bakı 28° C

    14.35 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Nigar Fərhad saxlanıldı - YENİLƏNİB

HADİSƏ

27 Avqust 2026 | 09:20

Nigar Fərhad saxlanıldı - YENİLƏNİB

Nigar Fərhad Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az-a daxil olan yeni məlumata görə, hazırda onun barəsində araşdırma aparılır.

Məlumata əsasən, Nigar Fərhad xaricdə təhsil xidmətləri göstərən “AİD Group” adı ilə fəaliyyət göstərib. Onun müxtəlif vətəndaşlardan xaricdə təhsil almaqla bağlı xidmətlərin göstərilməsi və digər məsələlərlə bağlı pul aldığı iddia olunur.

Bildirilir ki, daxil olan şikayətlər əsasında məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb və faktla bağlı araşdırma başlanılıb. Aparılan araşdırma çərçivəsində Nigar Fərhadın hərəkətlərinə hüquqi qiymət verilməsi, vətəndaşlardan pul alması ilə bağlı iddiaların araşdırılması və mümkün zərərçəkmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Hazırda cinayət işi üzrə istintaq və araşdırma tədbirlərinin davam etdiyi bildirilir.

Qeyd edək ki, şəxsin təqsirləndirilən şəxs qismində saxlanılması onun məhkəmənin yekun qərarı ilə təqsirli bilinməsi anlamına gəlmir. İş üzrə bütün hallara istintaq zamanı hüquqi qiymət veriləcək.

Əli Hüseynov

***

09:18

“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, Nigar Fərhad Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata əsasən, onun xaricdə təhsil xidmətləri göstərmək adı altında çoxsaylı vətəndaşlardan pul aldığı, müxtəlif vədlər verdiyi, lakin həmin vədləri yerinə yetirmədiyi bildirilir. Hazırda məsələ ilə bağlı araşdırma aparıldığı qeyd olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl Nigar Fərhadın həyat yoldaşı Samir Yəhya­zadə də cinayət məsuliyyətinə cəlb edilib. Onun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirildiyi bildirilir.

Məhkəmənin qərarı ilə Samir Yəhya­zadə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı araşdırmanın nəticələri və Nigar Fərhadın hüquqi statusu barədə əlavə məlumat əldə olunduqca ictimaiyyətə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026