• Bakı 24° C

    14.93 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Aktyor Tim Karri vəfat etdi

ŞOU

26 Avqust 2026 | 20:20

Aktyor Tim Karri vəfat etdi

İngilis-amerikalı kino və televiziya aktyoru Tim Karri 80 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, TMZ aktyorun ölümü barədə mənbələrinə istinadən məlumat yayıb.

Tim Karri 2012-ci ildə insult keçirib. Bundan sonra o, əlil arabasından istifadə edib və demək olar ki, filmlərdə çəkilməyib.

Aktyor daha çox 1990-cı ildə ekranlaşdırılan "O" filmindəki Pennivayz, 1975-ci ildə çəkilmiş "The Rocky Horror Picture Show" filmindəki doktor Frank-N-Furter və 1992-ci ildə ekranlara çıxan "Evdə tək 2" filmindəki cənab Hektor obrazları ilə tanınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR