• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Paşinyan yalnız bu halda istefa verəcək

DÜNYA

29 Oktyabr 2026 | 16:34 | Müəllif: Gülşən Şərif

Paşinyan yalnız bu halda istefa verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan hansı hallarda baş nazir vəzifəsinə son qoyacağını açıqlayıb.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə danışıb.

"Məqsədim sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi ilə baş nazir vəzifəmi başa vurmaqdır. Əgər bu baş verməsə, mən bunu şəxsi uğursuzluq hesab edəcəyəm", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan 8 avqust 2025-ci ildə Vaşinqtonda "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün qurulması və dövlətlərarası münasibətlər haqqında Saziş"i paraflayıblar.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026