Türkiyənin Kapadokiya bölgəsində uçqun nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nevşehir əyalətinin valisi Hüseyn Kök bildirib.
O, jurnalistlərə bildirib ki, dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb.
***17:25
Kapadokyada Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası” uçub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.
Uçqun altında qalanların olduğu bildirilir.
Axtarış-xilasetmə qrupları ərazidə işləri davam etdirir.
















