• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub

İDMAN

29 Oktyabr 2026 | 13:04 | Müəllif: Əli Hüseynov

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub

Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub.

Bakıvaxtı.az məlumatına görə, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) uğursuz çıxış edib.

R.Məmmədova 1/8 finalda Menqyu Xie (Çin) ilə dueldən məğlub ayrılıb. Rəqib növbəti raundda uduzduğu üçün Azərbaycan təmsilçisi medal qazanmaq şansını itirib.

R.Babazadə 1/16 finalda Taiyrbek Zumaşbek Uuluya (Qırğızıstan) məğlub olub. M.Moqamedov isə 1/4 finalda Bəhreyn idmançısı Axmed Maqomed Tajudinova uduzub.

Milli üzvləri rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici görüşə qatılacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026