• Bakı 18° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Mahmud Abbas Kiprdə Nikos Xristodulidislə danışıqlar aparacaq

SİYASƏT

29 Oktyabr 2026 | 14:25 | Müəllif: Əli Hüseynov

Mahmud Abbas Kiprdə Nikos Xristodulidislə danışıqlar aparacaq

Fələstin Prezidenti Mahmud Abbas oktyabrın 29–30-da Kiprə işgüzar səfəri edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiprin “Philenews” nəşri yazıb.

    Nəşrin təhlilinə görə, Abbasın Kiprə səfəri diplomatik münasibətlər baxımından əhəmiyyət daşıyır. Səfər çərçivəsində Fələstin lideri Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşəcək.

    Nəşr qeyd edir ki, səfərin regional istiqaməti Türkiyə və daha geniş ərəb dünyasına yönəlib. Fələstin Prezidenti Mahmud Abbasın Kiprə səfəri həm region ölkələrinə, xüsusilə Türkiyəyə, həm də Kiprdəki hakimiyyətin ünvanına tənqidlər səsləndirən müxalifətə mesaj kimi qiymətləndirilir.

    Səfərin daxili siyasi aspekti isə Kiprdəki sol müxalifətin tənqidlərinə cavab verməklə bağlıdır. Müxalifət Xristodulidis hökumətini İsrailə birtərəfli dəstək siyasəti yürütməkdə və fələstinlilərin maraqlarını lazımi səviyyədə nəzərə almamaqda ittiham edir.

    Nəşrin fikrincə, Kipr hökuməti bu səfərlə regionda müxtəlif tərəflərlə dialoq aparmaq imkanına malik olduğunu nümayiş etdirmək istəyir.

    Kipr hökumətinin sözçüsü Konstantinos Letimbiotisin açıqlamasına görə, iki prezident arasında danışıqlarda ikitərəfli münasibətlər, regiondakı vəziyyət, Avropa İttifaqı–Fələstin əlaqələri və Kipr problemi müzakirə olunacaq.

    Görüşün gündəliyinə, həmçinin Kiprin Qəzza zolağına humanitar yardımın çatdırılmasındakı rolu və “Amalthea” dəniz dəhlizi vasitəsilə həyata keçirilən yardım təşəbbüsü daxildir.

    Qeyd edək ki, bu, Xristodulidis prezident vəzifəsinə gəldikdən sonra Abbasın Kiprə üçüncü səfəridir. İki lider sonuncu dəfə 2025-ci ilin mayında görüşüblər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Oktyabr 2026