• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu ilin 9 ayında 22804 cinayətin 90,5 faizi açılıb

SİYASƏT

29 Oktyabr 2026 | 15:42 | Müəllif: Əli Hüseynov

Bu ilin 9 ayında 22804 cinayətin 90,5 faizi açılıb

Bu ilin ilk 9 ayında bütün dövlət qurumları üzrə qeydə alınmış 22.804 cinayətin 90,5 faizinin açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

    Qeyd edilib ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 93,7 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 5,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər, qeyri-aşkar şəraitdə baş verənlər, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa ağır və az ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, onlardan oğurluqlar, dələduzluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıqlar, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər, odlu silahın tətbiqi ilə və qrup halında baş verən hüquqazidd əməllərin sayı azalıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026