• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

    SİYASƏT

    29 Oktyabr 2026 | 14:36 | Müəllif: Əli Hüseynov

    Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

    Balakən rayonunun Tülü kəndində yerləşən erkən orta əsrlərə aid Tülü məbədində 2017-2021-ci illərdə arxeoloji qazıntılar aparılıb. Qazıntılar zamanı məbədin altında daha əvvəlki dövrlərə aid iki məbədin qalıqları aşkar edilib.

    Bu barədə Bakıvaxtı.az-a açıqlamasında AMEA Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. O bildirib ki, tapıntı bölgənin tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    A.Məmmədli qeyd edib ki, son dövrlərdə Alban mədəni irsinin tədqiqi və təbliği istiqamətində dövlət səviyyəsində tədbirlər görülür.

    Bu çərçivədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və icra hakimiyyətinin məsul şəxsləri bölgədəki tarixi abidələrlə tanış olublar. Görüş zamanı bölgənin turizm potensialının artırılması məqsədilə Alban məbədlərinə baxış keçirilib, tədqiqatçı Akif Məmmədlinin abidələrlə bağlı məlumatları dinlənilib. Rayon rəhbərliyi bu sahənin inkişafı istiqamətində yeni mərhələyə başlanıldığını bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026