Ermənistan parlamentinin iclasında hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatları ilə müxalifət fraksiyalarının nümayəndələri arasında qarşıdurma baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, insident hakim partiyanın deputatı Taron Çaxoyanın çıxışından sonra başlayıb.
O, “Güclü Ermənistan” fraksiyasının lideri Narek Karapetyanla şifahi mübahisəyə girib. Sonradan mübahisə əlbəyaxa davaya çevrilib və digər deputatlar da qarşıdurmaya qoşulublar.
Parlamentin spikeri Ruben Rubinyan mübahisə edən deputatları ayırmaq üçün təhlükəsizlik əməkdaşlarını çağırıb. Daha sonra o, fasilə elan edib.
Murad İsmayıl
















