• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı verəcək

DÜNYA

29 Oktyabr 2026 | 15:26 | Müəllif: Gülşən Şərif

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı verəcək

Polşa Ukraynaya iki MiQ-29 qırıcı təyyarəsi təhvil vermək niyyətindədir.

Bakıvaxtı.az "Rzeczpospolita" nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Ukrayna üçün daha bir yardım paketinin hazırlandığını təsdiqləyib. Qərara əsasən, yaxın gələcəkdə Ukraynaya iki MiQ-29 təhvil veriləcək.

Qurumdan bildirilib ki, Polşa həmçinin Ukraynaya sursat və raketlər bağışlamağı planlaşdırır. 

Yardım paketinin ümumi dəyəri təxminən 50 milyon avro olaraq qiymətləndirilir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026