• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb

DÜNYA

29 Oktyabr 2026 | 15:01 | Müəllif: Əli Hüseynov

Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb

Şri-Lankada altı rayonda təxminən 200 donuzda Afrika donuz taunu virusu aşkarlanıb. Hakimiyyət fermerləri biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Bakıvaxtı.az Sinxuaya istinadla xəbər verir ki, bu barədə Heyvanların İstehsalı və Sağlamlığı Departamenti məlumat yayıb. Bildirilib ki, 48 donuz fermasında aparılan yoxlamalar zamanı təxminən 1200 donuz müayinə edilib.

Rəsmilər virusun yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda gigiyena qaydalarına əməl edilməsinin və heyvan tullantılarının təhlükəsiz şəkildə utilizasiyasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Afrika donuz taunu insanlara keçmir və donuz əti istehlakı insan sağlamlığı üçün təhlükə yaratmır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026