• Bakı 13° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini aldı

İDMAN

26 Avqust 2026 | 21:00 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini aldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin IV turunda Belçika ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dörd oyundan sonra 8 xalı olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə ilk 3 pilləni bölüşdürür. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı 3:2 hesabı ilə üstələyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR