• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Sovet tankçısı Trampa baş çəkdi

SİYASƏT

30 Oktyabr 2026 | 12:11 | Müəllif: Əli Hüseynov

Sovet tankçısı Trampa baş çəkdi

Ağ Evdə keçirilən Hellouin tədbirində sovet tankçısı geyimində olan oğlan uşağı diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, Donald və Melaniya Trampın uşaqlara şirniyyat payladığı tədbirdə oğlan hərbi geyimdə və üzərində qırmızı ulduz olan sovet furajkasında iştirak edib.

Onunla birlikdə prezident cütlüyünə ənənəvi rus geyimini xatırladan sarafan və kokoşnik geyinmiş qız uşağı da yaxınlaşıb.

Melaniya Tramp oğlana şokolad verərək furajkasını düzəldib. Donald Tramp isə qıza şirniyyat uzadıb.

Qeyd edək ki, oktyabrın 29-da təşkil olunan tədbirə hərbçilərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və administrasiya rəsmilərinin ailələri də dəvət olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026