• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bu yolda işıqfor quraşdırıldı

İDMAN

25 Sentyabr 2026 | 15:12 | Müəllif: Əli Hüseynov

Bu yolda işıqfor quraşdırıldı

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb. Nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün dərhal tədbirlərə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni svetoforlar quraşdırılıb. “A” və “L” tipli olmaqla 7 ədəd dirək üzərində quraşdırılan svetoforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir.

Qeyd edək ki, sürücü və piyadaların təhlükəsizliyinin artırılması məqsədilə işlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR