• Bakı 13° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Azərbaycan çempionatlarında 15 000-ci qol

İDMAN

24 Oktyabr 2026 | 11:06 | Müəllif: Subhan Mahmudov

Azərbaycan çempionatlarında 15 000-ci qol

Azərbaycan çempionatları tarixində yüksək liqada 15 000-ci qol vurulub. 

Bakıvaxtı.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

“Zirə” - “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə 15 000-ci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” - “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR