• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

İQTİSADİYYAT

30 Oktyabr 2026 | 13:11 | Müəllif: Əli Hüseynov

Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

2026-cı ilin yanvar-sentyabr ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 8 ton 406 kq 878,621qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 246 milyon 273 min AZN kimi qiymətləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

    Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4352 nəfər cəlb edilmiş şəxslərdən 4235-i kişi, 117-si qadın olub.

    Məsuliyyətə cəlb edilmiş 50 xarici ölkə vətəndaşından ümumilikdə 566 kq 660,47 qr və 2778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026