• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bakı-Xankəndi qatarı 2027-də istifadəyə veriləcək 

    CƏMİYYƏT

    30 Oktyabr 2026 | 11:37 | Müəllif: Əli Hüseynov

    Bakı-Xankəndi qatarı 2027-də istifadəyə veriləcək

    2030-cu ilə qədər Azərbaycanın rayonlararası dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində dörd istiqamət üzrə işlərin tamamlanması nəzərdə tutulur.

    Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev saytımıza açıqlamasında bildirib.

    Onun sözlərinə görə, bu istiqamətlərdən biri Bakı-Xankəndi dəmir yolu marşrutudur. Həmin marşrutun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

    B.Hacıyev qeyd edib ki, növbəti mərhələdə Bakı-Yalama, Bakı-Mincivan və Bakı-Astara dəmir yolu xətlərinin bərpası nəzərdə tutulur.

    ADY rəsmisi bildirib ki, qeyd olunan dörd istiqamət üzrə işlərin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR