• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Gürcüstan Azərbaycanla delimitasiya proseslərini sürətləndirəcək

SİYASƏT

30 Oktyabr 2026 | 13:52 | Müəllif: Əli Hüseynov

Gürcüstan Azərbaycanla delimitasiya proseslərini sürətləndirəcək

"Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesləri sürətləndirmək barədə razılığa gəldik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, bu məsələ həm hökumətlərarası komissiyanın iclasında, həm də ikitərəfli görüş zamanı müzakirə olunub.

    "Biz ümidvar olduğumuzu bildirdik ki, bu proses üzrə işlər çox sürətlə davam edəcək. Bildiyiniz kimi, bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz irəliləyiş görməliyik. Bu, bizim Azərbaycana ünvanladığımız xahiş və müraciətdir və ona çox səmimi cavab aldıq. Azərbaycanlı dostlarımızla birlikdə indiyədək heç bir irəliləyişin əldə olunmadığı sahələrdə irəliləyişə nail olmağı hədəfləyirik", - o əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    02 Noyabr 2026