• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pulsuz hüquqi yardım keyfiyyətsiz xidmətə çevrilməməlidir - Razi Nurullayev

SİYASƏT

30 Oktyabr 2026 | 11:48 | Müəllif: Günəş Mərd

Pulsuz hüquqi yardım keyfiyyətsiz xidmətə çevrilməməlidir - Razi Nurullayev

“Pulsuz hüquqi yardım keyfiyyətsiz hüquqi yardım anlamına gəlməməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hüquqi yardım yalnız məhkəmədə müdafiə ilə məhdudlaşmamalı, ilkin hüquqi məsləhət və vətəndaşların düzgün istiqamətləndirilməsini də əhatə etməlidir.

O, qanunun tətbiqi zamanı pulsuz hüquqi yardımın formal xarakter daşımamasını, vətəndaşların xidmətdən yararlanmaq üçün çoxsaylı sənədlər toplamaq məcburiyyətində qalmamasını vacib sayıb.

Deputat vəkillərin əməyinin adekvat maliyyələşdirilməsini və göstərilən xidmətin keyfiyyətinin mütəmadi yoxlanılmasını da təklif edib. Onun fikrincə, bu, mövcud çatışmazlıqların aradan qaldırılmasına və hüquqi yardımın keyfiyyətinin qorunmasına imkan verəcək.

Çıxışında regionlarda hüquqi xidmətlərin əlçatanlığına da toxunan deputat mobil hüquqi yardım xidmətlərinin və regional mərkəzlərin yaradılmasını, rəqəmsal xidmətlərin inkişafını vacib hesab edib.

Deputatın sözlərinə görə, qanunun əsas məqsədi yalnız pulsuz vəkil xidməti yaratmaq deyil, həm də vətəndaşların hüquqa və ədalətə inamını gücləndirməkdir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026