Kriptovalyuta bazarında son sutkada qarışıq dinamika müşahidə olunub.
Bakıvaxtı.az xəbər verir ki, “Bitcoin”in qiyməti 0,27% azalaraq 78 785,49 dollara düşüb. “Ethereum” 1,07%, BNB 1,03%, “Bittensor” isə 2,15% bahalaşıb.
“Zcash”, “Monero” və “Bitcoin Cash”in qiymətində isə azalma qeydə alınıb. “PAX Gold” və “Tether Gold” da ucuzlaşıb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması 0,06% artaraq 2,65 trilyon dollara çatıb. Analitiklər “Bitcoin”in ucuzlaşmasını mənfəətin realizə olunması və qısamüddətli satış təzyiqinin artması ilə izah edirlər.




