• Bakı 17° C

    2.31 m/s

30 min dövlət qulluqçusu süni intellekt üzrə təlim keçəcək

İQTİSADİYYAT

25 Sentyabr 2026 | 15:01 | Müəllif: Günəş Mərd

30 min dövlət qulluqçusu süni intellekt üzrə təlim keçəcək

"Azərbaycanda gələn aydan etibarən 30 min dövlət qulluqçusunun süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunmasına başlanılacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, proqramın gələcəkdə bütün dövlət sektorunu, növbəti ildən isə əhalini əhatə etməsi planlaşdırılır.

Rəşad Həsənov bildirib ki, İnnovasiya və İnkişaf Agentliyi universitetlərlə süni intellekt proqramları, sürətləndirilmiş peşə hazırlığı, tələbələrin real layihələrə cəlb edilməsi və şirkətlərlə birgə təlim modelləri üzərində işləyir.

Nazir müavini texnologiya şirkətlərinin maliyyələşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərin edildiyini deyib. Onun sözlərinə görə, yeni qanunvericilik innovativ maliyyə alətlərindən istifadəyə imkan verəcək.

O qeyd edib ki, texnologiya şirkətlərinə 20 il müddətinə vergi güzəştləri və digər imtiyazların verilməsini nəzərdə tutan yeni qanunvericilik paketi də parlamentə təqdim olunub:

“Bizim məqsədimiz kapitalın, texnologiyanın və istedadların ilk ideyadan beynəlxalq bazarlara qədər daha asan hərəkət etməsinə şərait yaratmaqdır”, – deyə Həsənov bildirib.

Nazir müavini qeyd edib ki, görülən işlər yalnız məlumat mərkəzlərinin yaradılmasına deyil, Azərbaycanda regional süni intellekt və rəqəmsal sənayelərin təməlinin formalaşdırılmasına yönəlib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026