• Bakı 25° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SİYASƏT

26 Avqust 2026 | 23:43

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Zelenski hər bir dəstək jestinin vacibliyini qeyd edib və müstəqilliyinin bərpasının 35-ci ildönümü günündə Ukraynanı xatırlayan ölkələrə təşəkkürünü bildirib.

"Ukrayna və ukraynalıları düşündüyünüz üçün minnətdarıq", - o yazıb.

Qeyd edək ki, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026