• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO

SİYASƏT

25 Sentyabr 2026 | 17:12 | Müəllif: Əli Hüseynov

MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi üç ölkənin hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təlimində məşqlərin gedişatını izləyib.

MN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, əvvəlcə rəhbər heyət təlim üzrə yaradılan vahid qərargahda birgə əməliyyatların planlaşdırılması və icrası ilə bağlı komandir heyətinin qərarlarına dair məruzələrini dinləyib.

Sonra təlim ərazisində açılan səhra hospitalında olan müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, NATO-nun 2-ci səviyyəli tibbi yardım standartlarına uyğun müasir avadanlıqlarla təchiz edilmiş mobil səhra hospitalı xəstə və yaralıların qəbuluna tam hazırdır.

Daha sonra Nazirliyin rəhbər heyəti təlim iştirakçıları üçün yaradılan sosial-məişət şəraiti və təminat məsələləri ilə maraqlanıb, yataqxanada və yeməkxanada olub.

Məruzə edilib ki, təlimin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların asudə vaxtının səmərəli keçirilməsi üçün təlim rayonlarında bütün imkanlar yaradılıb.
Sonda müdafiə naziri birgə əməliyyatların keçiriləcəyi ərazi ilə tanış olub, təlimə hazırlıq məşqlərini izləyib və təlim rəhbərlərinə müvafiq tapşırıqlar verib.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026