• Bakı 26° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

“Bavariya”nın yarımmüdafiəçisi “Benfika”ya keçdi

İDMAN

26 Avqust 2026 | 19:21

“Bavariya”nın yarımmüdafiəçisi “Benfika”ya keçdi

Almaniyanın “Bavariya” futbol komandasının yarımmüdafiəçisi Joau Palinya “Benfika”ya transfer olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin 31 yaşlı üzvü ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Daha əvvəl transfer məbləğinin 14 milyon avro (27.2 milyon AZN) təşkil etdiyi, əlavə olaraq beş milyon avro (9.7 milyon AZN) bonus nəzərdə tutulduğu bildirilib.

Qeyd edək ki, Palinya 2024-cü ildən “Bavariya”da çıxış edirdi. O, ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib.

Futbolçunun transfer dəyəri 15 milyon avro (29 milyon AZN) qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR