Moskva Zooparkı 3 yaşı tamam olan panda Katyuşanın ad gününü qeyd edib.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Hanhui məlumat verib.
Onun sözlərinə görə, ad günü münasibətlə zoopark ənənəvi Katyuşa Panda Həftəsinə başlayıb.
Çjan Hanhui xatırladıb ki, Katyuşanın valideynləri Ruyi və Dindinq adlı pandalar 2019-cu ildə Siçuan əyalətindən (Çinin cənub-qərbi) Moskvaya köçürülüblər.
"Moskva Zooparkının pandalara göstərdiyi qayğı Rusiya və Çin xalqları arasında dostluğu möhkəmləndirir və yeni dövrdə Çin-Rusiya münasibətlərinin hərtərəfli tərəfdaşlığının və strateji əməkdaşlığın inkişafı üçün möhkəm təməl rolunu oynayır. Münasibətlərimizi əla və perspektivli etmək üçün birlikdə çalışmağa hazırıq", - deyə diplomat vurğulayıb.
Moskva Zooparkının baş direktoru Svetlana Akulova da öz növbəsində bildirib ki, Katyuşanın ad günü münasibətilə ona kağız kəsikləri, təzə bambuk, meyvə və yerkökü ilə bəzədilmiş karton tort hədiyyə edilib.
Gülşən Şərif







