• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ölən qazax hərbçilərin sayı ARTDI - YENİLƏNİB

DÜNYA

25 Sentyabr 2026 | 10:42 | Müəllif: Subhan Mahmudov

Ölən qazax hərbçilərin sayı ARTDI - YENİLƏNİB

Qazaxıstanın Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 14-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Xəzər dənizində axtarış işləri başa çatıb, itkin düşmüş iki hərbçinin meyitləri aşkar edilib.

    Eyni zamanda, ümummilli matəmlə əlaqədar Qazaxıstanın dövlət qurumlarının binalarında bayraqlar endirilib, əyləncə tədbirləri təxirə salınıb və ya ləğv edilib.

    ***

    00:40

    Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı itkin düşən iki hərbçinin axtarışları davam etdirilir.

    Bakıvaxtı.az xəbər verir ki, Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi Hökumət Komissiyası fövqəladə hadisə yerində işini davam etdirir.

    Kanat Bozumbayev bütün zəruri qüvvə və vasitələrin cəlb olunması ilə itkin düşən hərbçilərin fasiləsiz, gecə-gündüz axtarılmasını tapşırıb. Həlak olan hərbçilərin ailələrinə zəruri maddi və digər yardımların göstərilməsi də tapşırılıb.

    Dəqiqləşdirilmiş məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçini dənizdə axın aparıb. Onlardan 12-si həlak olub, 3 nəfəri xilas etmək mümkün olub. Digər iki hərbçinin axtarışları davam etdirilir.

    Qazaxıstanın Müdafiə Nazirliyi Manqistau vilayətində keçirilən təlimlər zamanı həlak olan hərbçilərin siyahısını da açıqlayıb. Nazirlik həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

    Səlahiyyətli dövlət orqanları hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirirlər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Sentyabr 2026