Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstan Qurultayının (birpalatalı parlament) ilk iclasının çağırılması haqqında fərman imzalayıb.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, fərman imzalandığı gündən qüvvəyə minir.
"Qazaxıstan Respublikası Konstitusiyasının 58-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, qərara alıram: Birinci çağırış Qazaxıstan Respublikası Qurultayının ilk iclası 28 avqust 2026-cı il tarixində saat 11:00-da Astana şəhərində çağırılsın", - sənədin mətnində deyilir.
Qeyd edək ki, avqustun 23-də Qazaxıstanda yeni birpalatalı parlamentin üzvləri üçün seçkilər keçirilib. Ölkədə qeydiyyatdan keçmiş yeddi siyasi partiya seçkilərdə iştirak edib. Seçkilərdə iştirak 74,08% təşkil edib.
Gülşən Şərif




