• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

"Onlara 81 yaşında evlənməyi arzulayıram" - Polad Bülbüloğludan CAVAB

MƏDƏNİYYƏT

26 Avqust 2026 | 13:48

"Onlara 81 yaşında evlənməyi arzulayıram" - Polad Bülbüloğludan CAVAB

“İndicə Polad Bülbüloğlu ilə telefonla danışdım. Türkiyədədir, sentyabrın əvvəllərində Bakıya qayıdacaq. Yayılan xəbərləri gülüşlə qarşıladı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalist Yaşar İsakov bildirib.

O qeyd edib ki, o, Milli Məclis üzvü P.Bülbüloğlunun 3-cü dəfə evlənmədiyini iddia edib: 

“Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini bildirdi. Belə xəbərləri yayanlara uzun və sağlam ömür sürməyi, habelə 81 yaşında evlənməyi arzu etdi”.

Xatırladaq ki, uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.

81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşandığı və 3-cü dəfə ailə qurduğu bildirilib.

P. Bülbüloğlunun yeni xanımı ilə Bodrumda istirahətə yollandığı iddia olunub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026