I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers (TUC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri tərəfindən təsis edilib.
Qeyd edək ki, Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi Bakı Bəyənnaməsinin imzalanması ilə rəsmiləşdirilib. Bununla da bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsası qoyulub.
***
10:34
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dünyası Bəstəkarlarının I Qurultayı zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi barədə Bakı Bəyənnaməsi imzalanacaq.
















